olkepress.com
olkepress.com

Milli Məclisin deputatları ABŞ-da səfərdədirlər

10-11-2022, 18:39

Milli Məclisin deputatları ABŞ-da səfərdədirlər

Milli Məclisin deputatları ABŞ Konqresinin təşəbbüsü ilə keçiriləcək Açıq Dünya Proqramında iştirak etmək üçün ABŞ-da səfərdədirlər.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinin tərkibində Soltan Məmmədov, Fazil Mustafa, Nurlan Həsənov, Vüqar Bayramov və Tamam Cəfərova yer alıblar.
Milli Məclisin deputatları səfər çərçivəsində ABŞ-ın Vaşinqton, Nyu-Mexiko və Santa-Fe şəhərlərində olacaq, Konqresin və Senatın üzvləri ilə bir sıra görüşlər keçirəcəklər.
Görüşlərdə Milli Məclisin deputatlarına ABŞ Konqresinin fəaliyyəti barədə ətraflı məlumat veriləcək, parlamentlərarası əlaqələrin perspektivləri barədə müzakirələr aparılacaq.
Səfər noyabrın 18-də başa çatacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi