olkepress.com
olkepress.com

İlham Əliyev Ruhani və Zelenskiyə başsağlığı verdi

8-01-2020, 21:32

İlham Əliyev Ruhani və Zelenskiyə başsağlığı verdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tehran şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı iranlı həmkarı Həsən Ruhaniyə və Ukrayna dövlət başçısı Vladimir Zelenskiyə başsağlığı verib.

Başsağlığı məktublarında deyilir:
“Hörmətli cənab Prezident,
Tehran şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!”

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi