olkepress.com
olkepress.com

Bu gün İlham Əliyevlə Nikol Paşinyan görüşəcəklər

6-04-2022, 13:28

Bu gün İlham Əliyevlə Nikol Paşinyan görüşəcəklər

Bu gün Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.

Ōlkəpress.com-un məlumatına əsasən, görüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutacaq.

Danışıqlarda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələləri müzakirə ediləcək.

İlham Əliyev Azərbaycanın təklif etdiyi beş maddəlik baza prinsipini xatırladacaq.

İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə görüşündə Brüssel gündəliyindən söz açaraq demişdi:

“Bizə Ermənistan rəsmiləri tərəfindən müəyyən mesajlar daxil olur. Bu yaxınlarda mənə verilən məlumata görə, bu mesajlardan biri də ondan ibarətdir ki, onlar bizim təklifimizi məqbul hesab edirlər. Bu, çox yaxşı xəbərdir və mən ümid edirəm ki, Brüsseldəki görüşdə bu məsələyə daha çox aydınlıq gətiriləcək”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi