olkepress.com
olkepress.com

200-ə yaxın soydaşımız Xarkovdan çıxarılır - RƏSMİ

2-03-2022, 10:33

200-ə yaxın soydaşımız Xarkovdan çıxarılır - RƏSMİ

“İndilərdə Xarkovdan qatar Lvov şəhərinə yola çıxır və 200-ə yaxın soydaşımız günorta saatlarına şəhərə çatacaq”.

Bunu Ōlkəpress.com-a açıqlamasında İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli bildirib.

O deyib ki, ötən gün təxminən 400 azərbaycanlı Lvov şəhərinə təxliyə olunub:

“Bu gün başqa bir qatarın da Xarkovdan çıxması gözlənilir. Kimlər Xarkovdan çıxmaq istəyirsə, bizə müraciət etsinlər”.

S.Adıgözəlli qeyd edib ki, bu gün Kiyev şəhərindən də azərbaycanlıların təxliyəsi olacaq.

Qeyd edək ki, müharibə ilə bağlı vətəndaşlarımız müxtəlif yollarla Ukraynadan çıxarılır və Azərbaycana gətirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi