olkepress.com
olkepress.com

İlham Əliyev Türkiyə ilə iki sazişi TƏSDİQLƏDİ

1-03-2022, 19:47

İlham Əliyev Türkiyə ilə iki sazişi TƏSDİQLƏDİ

Azərbaycanla Türkiyə arasında imzalanmış iki saziş təsdiqlənib.

Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərmanlar imzalayıb.

Birinci fərmanla “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında balıqçılıq sahəsində əməkdaşlığa dair Saziş” təsdiqlənib. Bu sənəd 2021-ci il noyabrın 11-də Ankara şəhərində imzalanıb.

İkinci fərmanla “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq olunub. Bu sənəd 2021-ci il dekabrın 22-də Bakı şəhərində imzalanıb.

Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi