Ermənistan paytaxtında Avronest Parlament Assambleyasının komitə iclası başlayıb.Ölkəpress.com xəbər verir ki, iclasda iştirak üçün ötən gün Avronest Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin üzvləri - deputatlar Tahir Mirkişili və Soltan Məmmədov İrəvana gediblər.
Milli Məclisin deputatları iclasda müzakirə olunacaq mövzular üzrə Azərbaycan tərəfinin mövqeyini ifadə edəcəklər.