olkepress.com
olkepress.com

Bakıda 110 yaşlı şəxs əməliyyat olunub

Bugün, 17:27

Bakıda 110 yaşlı şəxs əməliyyat olunub

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 110 yaşlı Hilal İbrahimovda artroplastika əməliyyatı (omba-çanaq protezi) icra edilib.

Bu barədə ATU-dan məlumat verilib.

Klinikanın Travmatologiya və ortopediya kafedrasının müdiri Cəfər Nəsirli bildirib ki, xəstə yıxıldıqdan sonra onda sol bud sümüyünün boyun sınığı yaranıb və müayinə nəticəsində xəstədə artroplastika əməliyyatı aparılması qərarı verilib:

“Bizə müraciət edən zaman yerindən qalxa bilməyən, güclü ağrıları olan pasiyent əməliyyatdan sonra artıq yeriməyə başlayıb. 110 yaşlı pasiyent Hilal İbrahimov əməliyyatdan sonra özünü yaxşı hiss edib və bir neçə gün həkim nəzarətində qaldıqdan sonra evə buraxılıb”.

Qeyd edək ki, omba protezi əməliyyatı – bud oynağının zədələnmiş və ya köhnəlmiş hissələrinin süni implantla (metal, keramika və ya sərt plastikdən hazırlanmış komponentlərlə ) dəyişdirilməsi prosesidir. Bu prosedur ümumi anesteziya altında həyata keçirilir. Xəstələr adətən əməliyyatdan sonrakı ilk gün ayaq üstə dura bilir, yeriməyə başlayır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi