olkepress.com
olkepress.com

Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI

12-07-2022, 19:40

Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 29 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 14, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 781 799, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 359 474, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 855 352, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 316 512, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 250 461 nəfər təşkil edir.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi