olkepress.com
olkepress.com

Səhər yeməyi üçün bu qidalar faydalıdır

19-04-2023, 08:20

Səhər yeməyi üçün bu qidalar faydalıdır

Rusiyalı dietoloq Natalya Kruqlova səhər yeməyi üçün ən yaxşı qidaları sadalayıb.

“Qafqazinfo” xəbər verir ki, o, bu haqda “News.ru”ya müsahibəsində danışıb.

Kruqlovanın sözlərinə görə, oyandıqdan sonra bir saat ərzində səhər yeməyi mütləqdir:

“Məsələn, dənli bitkilər, tam taxıl çörəyi. Zülal mənbəyi də lazımdır: qatıq, kefir, kəsmik, pendir, yumurta, təzə meyvə və ya tərəvəz. Quş əti, balıqlara icazə verilir, lakin əsasən, belə yeməklər günortadan sonra istehlak olunur”.

Dietoloq səhər saatlarında heç də bütün insanların güclü aclıq hissi keçirmədiyini vurğulasa da, səhər yeməyini sistematik şəkildə atmağın artıq çəki almağa təhlükə yaratdığı barədə xəbərdarlıq edib.

Onun fikrincə, bu, insanın günortadan sonra səhər saatlarında itirdiyi kaloriləri almağa başlaması ilə əlaqədardır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi