Moldova istilik mövsümündə yaşanan problemlərlə əlaqədar Avropanın “ən bədbəxt” ölkəsi olub.
Bu barədə “IDIS Viitorul” Assosiasiyasından (Moldovanın İnkişaf və Sosial Təşəbbüslər İnstitutu) bildirilib.
Məlumata görə, ölkə istilik mövsümündə 2022-ci ilə nisbətən iki dəfə az qaz istehlak edib. Bu dəfə ölkə təxminən 500 milyon dollarlıq qaz alıb.
Tarif də orta Avropa səviyyəsindən yüksək olub. Belə ki, Moldova 2023-cü ilin birinci rübündə qazı orta hesabla 1096 dollara alıb, Avropada yanacağın bir kubmetri isə 700 dollar dəyərində olub.
“Moldova sakinləri bu qış bütün Avropa ölkələri arasında ən bədbəxti olub”, - deyə assosiasiyadan vurğulanıb.
Mənbə: REN TV