olkepress.com
olkepress.com

Soyuq aylarda sağlamlığı möhkəmləndirən qidalar

18-11-2022, 08:32

Soyuq aylarda sağlamlığı möhkəmləndirən qidalar

Balqabaq, göbələk və xurma soyuq aylarda sağlamlığı möhkəmləndirməyə kömək edir.

“Qafqazinfo” “Komsomolskaya Pravda”ya istinadən xəbər verir ki, həkim-diyetoloq Lyudmila Denisenkonun sözlərinə görə, payız-qış dövründə balqabaq yemək çox faydalıdır. Bu tərəvəzin narıncı rəngi yerli immunitet funksiyasını icra edən və viruslar üçün maneə olan selikli toxumaların yaxşı vəziyyətini təmin edən A vitamininə çevrilən çox miqdarda beta-karotin barədə xəbər verir.
Ətraflı

Soyuq aylarda xəstəliyin qarşısını almağa kömək edən daha bir faydalı mövsümi qida məhsulu – xurma da beta-karotinlə zəngindir. Bundan başqa, xurmada immun sistemi üçün böyük əhəmiyyət kəsb edən çoxlu miqdarda C vitamini var: onun əldə edilməsi patogenlərlə mübarizə aparan immun hüceyrələrinin istehsalı üçün çox vacibdir.

Payız-qış mövsümündə alma yemək də faydalıdır – onun qəbulu ağciyərin sağlamlığını möhkəmləndirir, respirator xəstəliklərdən orqanizmin müdafiəsini gücləndirir.

Göbələk də immunitetin möhkəmləndirilməsində kömək edə bilər. Bu qida məhsulu D vitamini mənbəyidir. Ən əsası, yoxlanmış göbələk istehlak etmək, çünki yanlış yerdə yığıldıqda onun tərkibində torpaqdan hopmuş zəhərli maddələr ola bilər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi