Mandarin müxtəlif faydalı maddələrlə olduqca zəngindir. Burada C, A, B qrupu vitaminlər, orqanik turşular, pektinlər, fitonsidlər, minerallar və s. var.
Ölkepress.com saglamolun.az-a istinadən xəbər verir ki, mandarinin qabıqaları da çox qiymətli müalicəvi məhsuldur. Mandarinin qabıqlarını atmayın, onlardan çox faydalı çay hazırlayın.
Bunun üçün 2 orta ölçüdə olan mandarin qabıqlarını xırda doğrayın, termosa qoyun, üzərinə 1 stəkan isti (qaynar yox!) su tökün, 3-4 saat dəmləyin. Sonra dəmləməni yaxşı süzün və bu çayı gün ərzində adi çay kimi için. Çaya bal da əlavə edə bilərsiniz.
Bu çayın bir çox faydalı xüsusiyyətləri var:
- immun sistemini möhkəmləndirir
- öskürək və bronxit zamanı bəlğəmgətirici və iltihabəleyhinə təsir edir
- ishal zamanı bağırsaqları "yığır"
- bağırsaqlara antiseptik təsir edir
- qurdqovucu təsirə malikdir
- stressi və sinir gərginliyi azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır
- qanda şəkərin səviyyəsini normallaşdırır (təbii ki, bu məqsədlə istifadə olunan çaya bal əlavə olunmur)
- soyuqdəymə zamanı çox faydalıdır.