olkepress.com
olkepress.com

“WhatsApp” martın 31-dən sonra bəzi telefonlarda işləməyəcək - SİYAHI

31-03-2022, 20:10

“WhatsApp” martın 31-dən sonra bəzi telefonlarda işləməyəcək - SİYAHI

Məşhur mesajlaşma proqramı olan “WhatsApp” 31 mart tarixindən etibarən bəzi telefonlarda işləməyəcək.

Bu barədə “Haber Global” xəbər yayıb.

Bildirilir ki, “WhatsApp”da tez-tez yenilənmələr olur və tətbiqə yeni funksiyalar əlavə edilir. Bu səbəbdən bir müddət sonra WhatsApp yeni funksiyalarını dəstəkləməyən bəzi köhnə telefonları və köhnə əməliyyat sistemlərindən istifadə edən cihazları artıq dəstəkləyə bilməyəcəyini açıqlayır.

Martın 31-dən etibarən “WhatsApp”dan istifadə edə bilməyən cihazlar aşağıdakılardır:

“Android 4.1”-dən aşağı olan “Android” versiyasını istifadə edən cihazlar.

“iOS” 10-dan aşağı olan “iOS” versiyasını istifadə edən cihazlar.

“KaiOS” 2.5-dən aşağı olan “KaiOS” versiyasını istifadə edən cihazlar.

Müvafiq olaraq, artıq “WhatsApp”ı dəstəkləməyəcək telefonlar bunlardır:

- “LG Optimus F7”, “Optimus L3 II Dual”, “Optimus F5”, “Optimus L5 II”, “Optimus L5 II Dual”, “Optimus L3 II”, “Optimus L7 II Dual”, “Optimus L7 II”, “Optimus Prime F6”, “LG Enact”, “Optimus L4 II Dual”, “Optimus Prime F3”, “Optimus L4 II” , “Optimus L2 II” və “Optimus F3Q”

- “Motorola Droid Razr”

- “Xiaomi HongMi”, “Mi2a”, “Mi2s”, “Redmi Note 4G” və “HongMi 1s”

- “Huawei Ascend D”, “Quad XL”, “Ascend D1”, “Quad XL” və “Ascend P1 S”

- “Samsung Galaxy Trend Lite”, “Galaxy S3 mini”, “Galaxy Xcover 2” və “Galaxy Core”.

Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi