olkepress.com
olkepress.com

Arıqlamaq üçün ən yaxşı tərəvəzlər hansılardır?

21-02-2022, 14:36

Arıqlamaq üçün ən yaxşı tərəvəzlər hansılardır?

Rusiyalı diyetoloq Natalya Puqaçova arıqlamaq istəyənlər üçün pəhrizə daxil edilməli olan tərəvəz və göyərtilərin adını açıqlayıb.

Siyahıya rukkola, aysberq kahısı, soğan, ispanaq, kərəviz və s. daxildir.

Ekspert bu məhsulların lif, fol və askorbin turşuları, kaliumla zəngin olduğunu izah edib. Daha yaxşı həzm olunmaq üçün həkim salatları bitki yağı ilə yeməyi məsləhət görüb.

“Arıqlamaq üçün ideal tərəvəz kələmdir. O, pəhriz lifi, bir sıra vitaminlər, kalsium və maqnezium mənbəyidir. Eyni siyahıya yarpaqları ilə birlikdə çuğunduru da aid etmək olar. Zəncəfil, çili, xardal və sarımsaq da orqanizm üçün faydalıdır. Bununla yanaşı, arıqlamaq istəyənlər pəhrizlərinə xiyarı da daxil etməlidirlər”, - deyə Puqaçova yekunlaşdırıb.

Mənbə: moslenta.ru

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi