olkepress.com
olkepress.com

“Fitch” SOCAR-ın proqnozunu yaxşılaşdırıb

20-05-2021, 11:06

“Fitch” SOCAR-ın proqnozunu yaxşılaşdırıb


Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üçün proqnozu yaxşılaşdırıb.

Oxu.Az-ın agentlikdən əldə etdiyi məlumata əsasən, uzunmüddətli emitentin defolt reytinqi üzrə proqnozu “mənfi”dən “sabit”ə doğru dəyişib.

Agentlik SOCAR-ın reytinqini isə “BB+” səviyyəsində saxlayıb. Bərpa reytinqi isə “RR4” səviyyəsində müəyyən edilib.

Bildirilib ki, SOCAR tam olaraq dövlətin mülkiyyətindədir və dövlətlə əlaqəli müəssisələrin reytinq meyarlarına əsasən şirkətin reytinqi Azərbaycan (“BB+” / Sabit) ilə bərabərləşdirilib.

Qeyd edək ki, SOCAR-ın müstəqil kredit profili isə “b+” səviyyəsində saxlanılıb.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi