olkepress.com
olkepress.com

Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına beş milyard dollar investisiya yatırıb

22-11-2019, 16:04

Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına beş milyard dollar investisiya yatırıbRusiya bu vaxtadək Azərbaycan iqtisadiyyatına beş milyard dollar, ölkəmiz isə Rusiya iqtisadiyyatına 1 milyard 200 milyon dollar investisiya yatırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Moskvada keçirilən Rusiya-Azərbaycan Regionlararası İqtisadi Forumundakı çıxışında deyib. O bildirib ki, Azərbaycanın həm dövlət, həm də özəl şirkətlərinin fəaliyyəti üçün Rusiyada mühbit şərait yaradılıb.
Nazir Azərbaycanda dövlət tərəfindən sahibkarlığa yüksək səviyyədə dəstəyin göstərildiyini, bu sahədə xüsusi qanunvericiliyin, o cümlədən xüsusi sənaye parklarının, texnoparkların yaradıldığını, güzəştli kredit sisteminin, fiziki şəxslər üçün vergi güzəştlərinin tətbiq edildiyini vurğulayıb. O, “Şimal-Cənub” və “Şimal-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin əhəmiyyətini vurğulayıb.
M.Cabbarov hazırda kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı ilə yanaşı, Azərbaycan sərməyadərlarının bu ölkədə lokal istehsala investisiyalar qoyduqlarını da diqqətə çatdırıb. İqtisadiyyat naziri turizm sahəsi, Azərbaycanda rus dilinin qorunub saxlanması və inkişaf etdirilməsi, ölkəmizdə Rusiya ali məktəblərinin filiallarının açılması və digər mövzulara da toxunub.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi