olkepress.com
olkepress.com

SOCAR və “Fənərbağça” sponsorluq iddialarını təkzib edib

22-11-2019, 16:00

SOCAR və “Fənərbağça” sponsorluq iddialarını təkzib edibAzərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin “Fənərbağça” klubuna sponsorluq edəcəkləri ilə bağlı mətbuatda yer alan xəbərlərə münasibət bildirib.

Qurumun İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Report-a açıqlamasında bu iddianın əsassız olduğunu söyləyib.
“Mütəmadi olaraq bu cür şayiələr ortalığa atılır. Bizim konkret bu istiqamətdən sponsorluq planımız yoxdur”, - o vurğulayıb. “Fənərbağça” klubu da İctimaiyyəti Məlumatlandırma Platformasında açıqlama yayaraq, xəbəri təkzib edib: “Bəzi xəbər saytlarında ve sosial mediada “Fənərbağça”nın ad hüququnun 15 il müddətində satılması ilə bağlı şirkət adı və məbləğ göstərilməklə, danışıqlar aparıldığı yönündə məlumatlar yer almaqdadır. Həqiqəti əks etdirməyən bu xəbərlərə inanmamağı sərmayədarlarımızın diqqətinə çatdırırıq”. Qeyd edək ki, SOCAR-ın 450 milyon avro qarşılığında “Fənərbağça”ya sponsorluq edəcəyi xəbərini Türkiyə mətbuatı yazıb. Eyni zamanda, “Red Bull” şirkətinin də belə bir niyyətinin olduğu bildirilib.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi