olkepress.com
olkepress.com

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 mlrd. dolları ötüb

17-11-2025, 16:54

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 mlrd. dolları ötüb

2025-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 milyard 152.3 milyon ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.3% və ya 209.9 milyon ABŞ dolları çoxdur.

Hesabat dövründə Azərbaycandan Rusiyaya ixrac 0.4% artaraq 975 milyon 883 min dollara, Rusiyadan Azərbaycana ixrac isə 7% artaraq 3 milyard 176.4 milyon dollara bərabər olub.

Bu dövrdə Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr arasında Rusiya birinci yerdə qərarlaşıb. Belə ki, cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan Rusiyaya 968 milyon 946 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Bu dövrdə Azərbaycandan Rusiyaya əsasən meyvə-tərəvəz (pomidor, kartof, alma, meşə fındığı, albalı, çiyələk, xurma və sair) meyvə şirələri, kərə yağı, ilkin formalı propilen sopolimerləri, ilkin formalı polipropilen və başqa məhsullar ixrac edilib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi, ölkənin ümumi ticarət dövriyyəsinin 10.2%-nə bərabər olub.

Xatırladaq ki, cari ilin 10 ayında Azərbaycanın ümumi ixracı 21 milyard 636.8 milyon ABŞ dolları, qeyri-neft ixracı isə 2 milyard 987.8 milyon ABŞ dolları təşkil edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi