olkepress.com
olkepress.com

Türkiyə Güləş Federasiyasının vitse-prezidenti: “Azərbaycanın hər idmançısının uğuruyla qürur duyuruq” - VİDEO

9-12-2020, 17:02

Türkiyə Güləş Federasiyasının vitse-prezidenti: “Azərbaycanın hər idmançısının uğuruyla qürur duyuruq” - VİDEOSərbəst güləş üzrə yığmamız Fərdi Dünya Kubokuna Türkiyədə hazırlığı davam etdirir.

Komandamız Türkiyənin həm sərbəst, həm də yunan-Roma güləşi üzrə millilərinin toplanış keçdiyi Almadağ təlim-məşq bazasında hazırlıq keçir.

Güləşçilərimiz baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında plana uyğun şəkildə məşqləri davam etdirir.

Yeri gəlmişkən, Türkiyə Güləş Federasiyasının (TGF) vitse-prezidenti Zeki Gül təlim-məşq bazasına baş çəkib və komandamızla görüşüb.

O, çıxış edərək hər iki ölkənin güləşçilərinə Fərdi Dünya Kubokunda və Olimpiya Oyunlarında uğurlar arzulayıb: “Olimpiadalarda, Avropa və dünya çempionatlarında şahid oldum ki, azərbaycanlı güləşçilər türkiyəli idmançıların uğurlarına öz qələbələri kimi sevinir. Biz də Azərbaycanın hər idmançısının uğuruyla qürur duyuruq.

Türkiyə Güləş Federasiyası olaraq hər zaman azərbaycanlı qardaşlarımızın yanındayıq. Bu birlik bundan sonra daha da güclənəcək. Bildiyiniz kimi, dünya çempionatı ləğv olundu.

Təlim-məşq toplanışı 12-18 dekabr tarixlərində Serbiyada keçiriləcək Fərdi Dünya Kubokuna hazırlıq xarakteri daşıyır.

Həm bu yarışda, həm də Olimpiadada Türkiyə və Azərbaycan idmançılarına uğurlar arzulayıram”.

ölkəpress.com






XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi