olkepress.com
olkepress.com

Qaşım Maqomedov finalda!

7-08-2024, 23:24

Qaşım Maqomedov finalda!

Paris-2024 Yay Olimpiya Oyunlarında taekvando yarışlarına start verilib.
Azərbaycan idmançısı Qaşım Maqomedov ilk döyüşünə çıxıb.

58 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 finalda irlandiyalı Cek Uolleylə qarşılaşıb.

Q.Maqomedov qələbə qazanaraq 1/4 finala çıxıb.

Təmsilçimiz 1/4 finalda ispaniyalı Adrian Visente ilə üz-üzə gələcək. Qarşılaşma saat 17:32-də başlayacaq.

Qasım Maqomedov 1/4 finalda Adrian Visenteyə qalib gələrək yarımfinala çıxıb.

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında finala yüksəlib.

İdmançı yarımfinalda italiyalı Vito Dellakvila ilə qarşılaşıb. Hər iki hissədə rəqibindən üstün olan Maqomedov yekunda qələbə qazanıb - 9:4, 11:1.

Qaşımın finaldakı rəqibi Cənubi Koreyalı Park Taejoon olacaq.

Görüş Bakı vaxtı ilə saat 23:37-də başlayacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi