olkepress.com
olkepress.com

Azərbaycanın yeniyetmə cüdoçuları növbəti dəfə Avropada birinci olublar

31-07-2023, 09:58

Azərbaycanın yeniyetmə cüdoçuları növbəti dəfə Avropada birinci olublarYeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi 2023-cü il Avropa Gənclər Olimpiya Festivalının (EYOF) fərdi yarışlarında birinci yeri tutublar.

“Report”un məlumatına görə, yığma 3 qızıl, 2 gümüş, 4 bürünc medal qazanaraq, buna nail olub.

Azərbaycan komandasının EYOF 2023-də əldə etdiyi medal sayı bu il ən yaxşı ikinci nəticədir. İdmançılar ötən ay Portuqaliyada keçirilən Avropa çempionatının medal sıralamasında da birinci yerdə qərarlaşıblar.

Builki çıxış medal əyarına görə indiyə qədər EYOF yarışlarında əldə edilən ən yaxşı ikinci nəticədir. 2007-ci ildə keçirilən turnirdə cüdoçular 4 qızıl medal qazanıblar.

Qeyd edək ki, yeniyetmə cüdoçular arasında dünya çempionatı avqustun 23-27-si aralığında Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi