olkepress.com
olkepress.com

"Neftçi" Konfrans Liqasında səfərdə heç-heçə edib

28-07-2023, 08:44

"Neftçi" Konfrans Liqasında səfərdə heç-heçə edib“Neftçi” 2023/24 mövsümünə mübarizəyə avrokuboklarda start verib.

Bakı klubu Konfrans Liqasında ilk oyununu keçirib.

Turnirə II təsnifat mərhələsindən qoşulan “ağ-qaralar” “Jelezniçar”ın qonağı olub. Bosniya və Herseqovinadakı “Qrbavitsa” stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Matç yeni baş məşqçi Adrian Mutunun postundakı ilk rəsmi sınağı kimi tarixə düşüb. Birinci hissədə qapılara üç top vurulub. “Neftçi” fasilədən sonra bütün komanda ilə hücuma atılıb. Rəhman Hacıyev əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə uzaqdan zərbə ilə bərabərlik qolunu vurub.

Qeyd edək ki, cavab oyunu avqustun 3-də baş tutacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
232425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi