Ötən Türkiyə Super Liqasında növbəti turun oyunları keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Konyaspor” səfərdə “Sivasspor”la qarşılaşıb.
Ətraflı
Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Mahir 46-cı dəqiqədə əvəzlənib. “Sivasspor”un yeganə qolunu 17-ci dəqiqədə Leke Xames vurub.
34 oyundan 49 xalı olan “Konyaspor” 7-ci yeri tutur. Onun rəqibi “Sivasspor” isə 35 görüşdən 40 xalla 12-cidir.
Qeyd edək ki, qışda “Konyaspor”a keçən Emreli bu mövsüm 9 oyunda meydana çıxıb, 1 qol vurub.