UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, son oyun günündə keçirilən iki qarşılaşma ilə 1/4 finalın bütün iştirakçıları bəlli olub.
“Real” evdə “Liverpul”u qəbul edib və rəqibini üzərində 1:0 hesablı qələbə qazanıb. İki oyunun nəticəsinə görə ingilisləri üstələyən Madrid təmsilçisi adını 1/4 finala yazdırıb.
Ətraflı
“Napoli” isə “Ayntraxt”ı 3:0 hesabı ilə darmadağın edərək bu uğura nail olub. Komandalar arasında ilk oyun İtaliya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatmışdı.
UEFA Çempionlar Liqası
1/8 final, cavab oyunları
15 mart
00:00. “Real” (İspaniya) – “Liverpul” (İngiltərə) - 1:0
Qol: Benzema, 79
Baş hakim: Feliks Tsvayer (Almaniya).
İlk oyun – 5:2.
Madrid, “Santyaqo Bernabeu” stadionu.
00:00. “Napoli” (İtaliya) – “Ayntraxt” (Almaniya) - 3:0
Qollar: Osimhen, 45+2, 53, Zielinski, 64.
Baş hakim: Entoni Teylor (İngiltərə).
İlk oyun – 2:0.
Neapol, “Dieqo Armando Maradona” stadionu.