“Liverpul”un və Misir milli komandasının hücumçusu Məhəmməd Salahın Qahirədəki evi qarət edilib.
Məlumata görə, hadisə barədə futbolçunun qardaşı oğlu məlumat verib.
O, evin yanından keçəndə pəncərələrin açıq olduğunu görüb.
Ev bərbad vəziyyətdə olub. İlkin məlumata görə, içəridən bir neçə elektrik cihazı oğurlanıb.
Bildirilir ki, polis araşdırma aparır, hüquq-mühafizə orqanlarının əməkdaşları şahidləri dindirir və müşahidə kameralarını yoxlayırlar.
Mənbə: gazeta.ru