olkepress.com
olkepress.com

Messi rekordlar qırdı

19-12-2022, 08:31

Messi rekordlar qırdı

Lionel Messi Dünya Çempionatları tarixinə düşüb. “Qafqazinfo” xəbər verir ki, Messi 1/8 finalda, 1/4 finalda, yarımfinalda və finalda – bütün pley-off oyunlarında qol vuran ilk oyunçu olub.

Leo ayrıca fransız Jüst Fonten (1958), italiyalı Salvatore Skillaçi (1990) və braziliyalı Ronaldodan (2002) sonra eyni mundialda 6 qol vuran 4-cü futbolçu kimi tarixə düşüb.
Yalnız 1958-də isveçli Nils Lidholm (35 yaş 264 gün) bugünkü Messidən (35 yaş 177 gün) daha qoca ikən mundial finalında qol vurub.

Superulduz ayrıca dünya çempionatlarında 20 qolda (12 qol, 8 məhsuldar ötürmə) birbaşa iştirak etməklə rekordçuya çevrilib. Mundiallarda qol sayında Peleyə çatan (12) Messi penaltidən ən çox fərqlənən oyunçu olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi