Bu gün dünya çempionatının qrup mərhələsinin 3-cü turunda daha 4 qarşılaşma baş tutacaq.
“Qafqazinfo” xəbər verir ki, G və H qruplarından keçiriləcək matçlardan sonra bütün 1/8 final iştirakçılarının adına aydınlıq gələcək.
Günə H qrupunun matçları ilə start veriləcək. Qana Uruqvayla, Cənubi Koreya Portuqaliya ilə üz-üzə gələcək.
Portuqaliya növbəti mərhələyə vəsiqəni qazansa da, digər 3 komanda ikinci yer üçün mübarizə aparacaqlar.
Bu qrupun matçları saat 19:00-da başlayacaq.
G qrupunda da Braziliya 1/8 finala çıxışını təmin edib. Digər vəsiqə uğrunda isə Serbiya, Kamerun və İsveçrə mübarizə aparacaq.
DÇ-2022
H qrupu
3-cü tur
Qana – Uruqvay
Cənubi Koreya – Portuqaliya
G qrupu
3-cü tur
Kamerun – Braziliya
Serbiya – İsveçrə