Qətərdə noyabrın 20-dən dekabrın 18-dək davam edəcək futbol üzrə 22-ci dünya çempionatının oyunlarını eksklüziv olaraq İctimai TV və Radionun efirindən canlı izləmək mümkün olacaq.
“Qafqazinfo” xəbər verir ki, bu haqda İTV məlumat yayıb.
Təntənəli açılış mərasimi 20 noyabr 18:45-də başlayacaq.
Qeyd edək ki, ilk qarşılaşma - ev sahibi olan Qətər milli komandası ilə Ekvador yığması arasında həmin gün saat 20:00-da keçiriləcək.