olkepress.com
olkepress.com

Yarımfinal oyununda qapını "uşağa" etibar etdilər - VİDEO

19-09-2022, 11:07

Yarımfinal oyununda qapını "uşağa" etibar etdilər - VİDEO

Futbol üzrə Avstraliya kubokunun yarımfinalında maraqlı hadisə baş verib.

Ölkəpress.com xəbər verir ki, “Oakleigh Cannons” - “Macarthur” klubları arasında keçirilən qarşılaşmanın son dəqiqələrində meydan sahiblərinin baş məşqçisi qəribə qərar qəbul edib. O, 13 yaşlı Ymer Abili adlı qapıçını meydana buraxıb. Məlumata görə, oyuna 5 dəqiqə əlavə olunub. Oyunun 90+1 dəqiqəsində meydana daxil olan Ymer əsas qapıçını əvəzləyib. O, 4 dəqiqə meydanda olub. 13 yaşlı qapıçı səhvə yol verməyib.

Lakin o oyuna daxil olana qədər meydan sahibləri 2-5 hesabı ilə geridə olub və artırma dəqiqələrdə qapılara qol vurulmayıb. Yerli mənbələr yazır ki, baş məşqçi komandasının məğlubiyyətini qismən də olsa ikinci planda saxlamaq üçün belə gözlənilməz dəyişiklik edib. Ymer Abili Avstraliya kubokunda forma geyinən ən gənc oyunçu olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi