olkepress.com
olkepress.com

“Qarabağ” – “Sabah” oyunundakı qalmaqallı epizod - VİDEO Bu gün, 10:27

12-09-2022, 14:42

“Qarabağ” – “Sabah” oyunundakı qalmaqallı epizod - VİDEO Bu gün, 10:27

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan çempionatının 6-cı turunda “Qarabağ” və “Sabah” üz-üzə gəlib.

Manset.az xəbər verir ki, Qurban Qurbanovun komandasının 4:3 hesabı ilə qalib gəldiyi matçın 90+1-ci dəqiqəsində qalmaqallı an yaşanıb.

Belə ki, “Qarabağ”ın hücumu zamanı “Sabah” müdafiəçilərinin uzaqlaşdırmaq istədiyi top ağdamlıların futbolçusuna dəyib yan xətdən çıxsa da, hakim fərqli qərar verir. Yan xətt hakimi “Qarabağ”ın topu oyuna daxil etməli olduğunu göstərir. Nəticədə hücum davam edir, rəqib müdafiəçi cərimə meydançasında Kadi Borxesə qarşı kobud oynayır və meydan sahibləri penalti vurmaq hüququ əldə edir.

Sonda Qurban Qurbanovun komandası 4:3 hesablı qalibiyyətə sevinir.

“Sabah” futbolçuları buna etiraz etsə də, maraqlıdır ki, baş hakim İnqilab Məmmədov VAR-a baxıb qərarın doğru olub-olmadığını yoxlamır.

Həmin epizodu təqdim edirik:



Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi