olkepress.com
olkepress.com

Dünya çempionatında çıxış edəcək Azərbaycan cüdoçuları məlum oldu

9-08-2022, 12:47

Dünya çempionatında çıxış edəcək Azərbaycan cüdoçuları məlum oldu

10-13 avqust tarixlərində Ekvadorun Quayaquil şəhərində gənclər arasında dünya çempionatı keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasından Ölkepress.com-a verilən məlumata görə, 65 ölkədən 400-ə yaxın idmançının qatılacağı yarışda Azərbaycanı 8 idmançı təmsil edəcək.
Azərbaycan idmançıları 5 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq. 10 avqustda Turan Bayramov (60 kq), 11 avqustda Vüsal Qələndərzadə, Qadir Hüseynov (hər ikisi 73 kq), 12 avqustda Elcan Hacıyev, Məhərrəm İmamverdiyev (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), 13 avqustda isə Ruslan Nəsirli (100 kq) və Kənan Nəsibov (+100 kq) tatamiyə çıxacaq.

Azərbaycan cüdoçuları baş məşqçi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin rəhbərliyi altında çıxış edəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi