olkepress.com
olkepress.com

Şəhriyar Məmmədyarov dünya çempionuna qarşı

28-04-2022, 11:48

Şəhriyar Məmmədyarov dünya çempionuna qarşı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının üçüncü mərhələsində bu gün sonuncu görüşünü keçirəcək.

Ōlkəpress.com xəbər verir ki, 37 yaşlı qrossmeyster “Oslo Esports Cup”ın VII turunda Karlsenlə üz-üzə gələcək.

Hazırda səkkiz xalı olan Şəhriyar altıncı pillədə qərarlaşıb. 12 xala malik Karlsen isə birincidir.

Qeyd edək ki, turnirin mükafat fondu 210 min ABŞ dollarıdır. Yarış başa çatdıqdan sonra Şəhriyar Məmmədyarovun ümumi turnir cədvəlindəki (üç mərhələnin yekununa görə) yekun mövqeyi bilinəcək. Maraqlıdır ki, hazırda orada da şahmatçımız altıncı, Karlsen birinci yerdədir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi