İspaniyanın “Barselona” futbol klubu Kataloniyadakı ukraynalı məcburi köçkünlər üçün 17 ton ərzaq toplayıb.Klub ötən ay ərzaq yığılması üçün Qırmızı Xaç Cəmiyyəti ilə birgə kampaniya başlatmışdı.
Kampaniyanın əsas məqsədi Ukraynadan ailələri ilə Kataloniyaya gələn körpələrin və azyaşlıların qida ehtiyatını təmin etmək idi.
Nəticədə “Kamp Nou” stadionunun yaxınlığındakı toplama məntəqələrində məcburi köçkünlər üçün 17 ton ərzaq yığılıb.
Mənbə: Mundo Deportivo
Ōlkəpress.com