olkepress.com
olkepress.com

Avropa çempionatı: Yunan-Roma güləş millimiz mübarizəyə başlayır

1-04-2022, 11:14

Avropa çempionatı: Yunan-Roma güləş millimiz mübarizəyə başlayır

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bu gün yunan-Roma güləşi üzrə yarışlara start veriləcək.

Ōlkəpress.com-un xəbərinə görə, bu gün 10 güləşçimizdən yarısı – 5-i mübarizəyə qoşulacaq.

55 kq. Eldəniz Əzizli – Denis Mihay (Rumıniya)/Stefan Qriqorov

63 kq. Ahmet Uyar (Türkiyə)/Kristian Keçkemeti (Macarıstan) – Taleh Məmmədov

77 kq. Sənan Süleymanov – İlye Kojokari (Rumıniya)

87 kq. Matey Mandiç (Xorvatiya) – İslam Abbasov

130 kq. Beka Kandelaki – Mixail Vişnevitski (Ukrayna)

Həmçinin bu gün qadın güləşçilərimizdən Elis Manolova (65 kq) final görüşünə çıxacaq. Azərbaycana Avropa çempionatında yeganə medalı qazandıran Bolqarıstan əsilli idmançımızın rəqibi Tatyana Rijko (Ukrayna) olacaq. Bu, Elisin dördüncü qitə çempionatının finalıdır. O bu gün qalib gəlsə, ikinci dəfə Avropa çempionluğunu qeyd edəcək, məğlub olsa, üçüncü dəfə gümüş medalla kifayətlənəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi