olkepress.com
olkepress.com

Bəy və gəlin toy günü qəzaya düşdü

4-06-2025, 15:28

Bəy və gəlin toy günü qəzaya düşdü

Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Xaçmaz kəndi ərazisində baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Emin Feyzullayev “Hyundai” markalı avtomobillə rayonun Sincab kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı çökəyə düşüb.

Hadisə nəticəsində sürücü və 2 sərnişin - 1981-ci il təvəllüdlü Təhminə Yusubova və 2006-cı il təvəllüdlü Mələk Feyzullayeva xəsarət alıb.

Yaralılara xəstəxanada ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar.

Xatırladaq ki, hadisə nəticəsində xəsarət alan E.Feyzullayev və M.Feyzullayevanın bu gün toy məclisi olacaq. Onlar gözəllik salonundan gələrkən qəzaya düşüblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi