olkepress.com
olkepress.com

Emin İbrahimova 10 il həbs tələb edildi

12-03-2025, 17:33

Emin İbrahimova 10 il həbs tələb edildi

Bir nəfəri bıçaqlamaqda ittiham olunan keçmiş diplomat Emin İbrahimovun cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Emin İbrahimovun verilmiş ittihamla təqsirli bilinməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Müdafiə tərəfinə çıxışa hazırlaşmaq üçün 1 ay vaxt verilib.

Qeyd edik ki, Emin İbrahimov Nizami rayonu ərazisndə səki ilə hərəkət edərkən onunla üzbəüz gələn Kamal Şükürovla çiyin-çiyinə dəyib. Buna görə onlar arasında mübahisə yaranıb. İttihama görə, hisslərini cilovlaya bilməyən Emin üstündəki bıçaqla Kamalın qarın nahiyəsindən vurub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi