Rusiyanın Kamçatka vilayətində “SiQMA” şirkətinin texnologiyalar üzrə baş direktor müavini Denis Şaldıbin ayı hücumu nəticəsində həyatını itirib.
Olkepress.com İnsanoid.com-a istinadən xəbər verir ki, hadisə dekabrın 9-da qeydə alınıb.
Məlumata əsasən, ayı Şalbıdinə hücum edərək onu dərəyə doğru sürükləyib. Zavod işçiləri direktor müavininin köməklə bağlı çağırışını eşitməsələr də, qan izlərini görüb hadisə yerinə tələsiblər, lakin artıq gec olub.
Mühafizəçilər ayını meyitin yanında görüblər, lakin Şaldıbinə zərər vermək qorxusu ilə heyvana atəş açmayıblar. Havaya xəbərdarlıq atəşi açıldıqdan sonra ayı qaçıb, lakin qaçan zaman onu vurmaq mümkün olmayıb.
Hadisədən sonra təhlükəsizlik tədbirləri gücləndirilib və işçilərə yalnız cüt şəkildə hərəkət etmək tapşırılıb.
Faktla bağlı araşdırmalar aparılır.