olkepress.com
olkepress.com

Rüşvət alan məmura 9 il həbs verildi

24-06-2024, 23:10

Rüşvət alan məmura 9 il həbs verildi

Rüşvətdə ittiham edilən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin sabiq direktoru Amil Abdullayevin məhkəməsi başa çatıb.

Olkepress.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi keçmiş məmuru Cinayət Məcəlləsinin 308.1 və 311.3.3-cü (Vəzifə səlahiyyətlərindən su-istifadə və külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilib. Ona 9 il həbs cəzası təyin edilib.

A.Abdullayevlə birgə təqsirləndirilən və həmin idarədə meşəbəyi kimi çalışmış Fədail Babayev isə cinayətdə iştirakda təqsirli bilinib. Ona 8 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin cəzası sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

Qeyd edək ki, A.Abdullayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatla tutulmuşdu. İstintaqla Amil Abdullayevin rəhbərlik etdiyi qurumun balansında olan meşə təyinatlı torpaq sahəsindən müxtəlif məqsədlər üçün istifadə müqabilində vətəndaşdan ümumilikdə 14 min 900 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, həmin vəzifəli şəxsin xidməti otağında aparılmış axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən bir sıra sübutlar aşkar edilərək götürülüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi