olkepress.com
olkepress.com

23 ildir həbsdə olan məşhur qardaşlar azadlıq istədi

17-06-2024, 23:27

23 ildir həbsdə olan məşhur qardaşlar azadlıq istədi

23 il əvvəl ağır cinayətlərdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Emin və İlham Baqqayev qardaşları azadlığa çıxmaq istəyirlər.

Ölkepress.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Baqqayev qardaşları ərizələrində çəkdikləri cəzanın yetərli hesab edilməsini, ömürlük həbsin müddətli cəza ilə əvəz edilərək azadlığa buraxılmalarını xahiş ediblər.

Qaradağ Rayon Məhkəməsi onların xahişini qəbul etməyib. Hakim qardaşların həbslərinin davamına qərar verib.

Qeyd edək ki, Baqqayev qardaşlarının iştirak etdiyi hadisə 2001-ci ildə Zaqatala rayonunda baş verib. Onlar digərləri ilə əlbir olaraq polisə və hərbi hissəyə hücum edib, Şeyx Şamillin büstünü partladıblar.

3 nəfərin ölümü, 7 nəfərin ağır yaralanması, dövlət və şəxsi mülkiyyətin məhv edilməsinə görə cinayətkar dəstənin rəhbərlərindən olan Emin və İlham Baqqayev qardaşları və Emin Mollayev ömürlük, digərləri 15 ilə kimi azadlıqdan məhrum ediliblər.

Bundan başqa, hadisədə iştirak etdikləri üçün 16 nəfər axtarışa verilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi