olkepress.com
olkepress.com

Leysan Şamaxıda fəsadlar törədib

14-06-2024, 23:40

Leysan Şamaxıda fəsadlar törədib

Yağan güclü leysan yağışları Şamaxıda fəsadlar törədib.

APA-nın Şirvan bürosu xəbər verir ki, Şamaxı rayonuna yağan leysal xarakterli güclü yağışlar nəticəsində yaranmış sel rayonun Ərçiman, Talışnuru, Dəmirçi, Səfalı və Zarat Xeybəri kəndlərinə gedən avtomobil yollarının Pirsaatçaydan keçən hissələrini keçilməz hala salıb, Avaxıl kəndinin daxili yollarına ciddi ziyan dəyib. Həmçinin Şamaxı şəhərinin B.Mirzəyev küçəsində yolkənarı istinad divarı, Ərçiman və Talışnuru kəndlərində isə bir neçə internet, telefon və elektrik dirəyi sıradan çıxıb.

Hazırda rayon ərazisində selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən operativ tədbirlər görülür.
Leysan Şamaxıda fəsadlar törədib


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi