olkepress.com
olkepress.com

Babək rayonunun 3 yaşayış məntəqəsində yanğın oldu

2-06-2024, 21:37

Babək rayonunun 3 yaşayış məntəqəsində yanğın oldu

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək rayonu Şəkərabad kəndində qamışlıq ərazidə, Cəhri qəsəbəsi və Vayxır kəndində isə həyətyanı sahədə yanğınların baş verməsi barədə məlumatlar daxil olub.

Məlumata görə Naxçıvan şəhər və Babək rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğınlar qısa müddətdə söndürülüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi