olkepress.com
olkepress.com

Arvadı evdən qaçan ata 3 uşağını öldürdü

1-06-2024, 17:47

Arvadı evdən qaçan ata 3 uşağını öldürdü

Türkiyədə dəhşətli ailə faciəsi olub.

Olkepress.com Lent.az-a istinadən bildirir ki, hadisə Bursa şəhərinin Nilufər qəsəbəsində baş verib. Burada rəngsaz işləyən 39 yaşlı Murat Kılıç yaşadığı evdə 3 övladı – 11 yaşlı Zeynəb və 6 yaşlı Aslını bıçaqla, 6 yaşlı Məhəmmədəlini isə boğaraq öldürüb.

Məlumata görə, arvadı Gülay Kılıç keçən il üç uşağı da buraxaraq, evdən gedib

Murat Kılıç hadisəni törətdikdən sonra polisə məlumat verərək, təslim olub. Hadisə yerinə gələn polislər meyitləri götürüb və morqa təhvil veriblər.

Prokurorluqda araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi