olkepress.com
olkepress.com

Xəzərdə dalğa sərnişin gəmisini çevirib

16-02-2024, 15:01

Xəzərdə dalğa sərnişin gəmisini çevirib

Olkepress.com İnsanoid- ə istinadən xəbər verir ki, Xəzər dənizində Rusiyanın kiçik gəmisi batıb.

Göyərtəsində iki sərnişin və bir kapitanın olduğu gəmidə iki nəfər itkin düşüb.

Məlumatda bildirilib ki, Xəzər dənizi akvatoriyasında gəmi əlverişsiz hava şəraiti səbəbindən sahil xəttindən təxminən 7 km məsafədə hərəkət zamanı dalğanın təsirindən çevrilib və göyərtədə olan bütün şəxslər suya düşüblər. Üç saatdan çox soyuq suda qaldıqdan sonra iki kişi itkin düşüb.

Bir nəfər qayıqla sahilə çıxarılıb. O, xəstəxanaya yerləşdirilib.

Hazırda itkin düşənlərin axtarışı davam edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi