olkepress.com
olkepress.com

Dəmir yolu xəttinə çıxan şəxsi qatar vurub öldürdü

2-01-2024, 23:38

Dəmir yolu xəttinə çıxan şəxsi qatar vurub öldürdü

Bu gün Tovuz stansiyasında dəmir yolu xəttinə çıxan şəxsi qatar vuraraq öldürüb.

Bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.

Bildirilib ki, hadisə saat 20:55 radələrində ADY-yə məxsus teplovoz Tovuz stansiyasında hərəkətdə olarkən naməlum şəxs dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib. Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində dünyasını dəyişib.

ADY bir daha piyadaları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yer və keçidlərdən istifadə etməklə keçməyə, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə ehtiyatlı olmağa, yolu keçərkən diqqəti yayındıran vərdişlərdən, o cümlədən mobil telefon, yaxud qulaqcıqdan istifadə etməkdən çəkinməyə, yol hərəkəti qaydalarına ciddi əməl etməyə və qəflətən qatarın yoluna çıxmamağa çağırır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi