olkepress.com
olkepress.com

Tapança satmaq istəyən şəxs saxlanılıb

1-12-2023, 23:26

Tapança satmaq istəyən şəxs saxlanılıb

Qusarda “Makarov” markalı tapança satmaq istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində 1984-cü il təvəllüdlü Eldar Əliyev Qusar rayonu Yasab kəndi ərazisində saxlanılıb.

Onun üzərinə baxış zamanı bir ədəd “Makarov” markalı tapança, beş ədəd patron və daraq aşkar edilərək götürülüb.

Araşdırma zamanı izahatı alınan E.Əliyev tapançanı bir müddət əvvəl Bakı şəhərində əldə etdiyini və satmaq məqsədi ilə Qusar rayonuna gətirdiyini bildirib.

Faktla əlaqədar Qusar Rayon Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi