olkepress.com
olkepress.com

Şamaxıda turistləri daşıyan avtobus qəzaya düşdü

8-08-2023, 13:30

Şamaxıda turistləri daşıyan avtobus qəzaya düşdüŞamaxı rayonunda turisləri daşıyan sərnişin avtobusu qəzaya uğrayıb.

Report xəbər verir ki, tur çərçivəsində Bakı-Şəki-Qəbələ-Oğuz marşrutu üzrə hərəkət edən 77 CV 760 dövlət nömrə nişanlı "Daevoo" markalı sərnişin avtobusu bu gün saat 12:00 radələrində Muğanlı-İsmayıllı yolunun 6-cı kilometrliyində, Muğanlı dolayları adlanan ərazidə yoldan çıxaraq ağaca çırpılıb.

İlkin məlumata görə, hadisə zamanı iki nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım stansiyasının briqadaları cəlb olunub.

Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi