olkepress.com
olkepress.com

Əsgərimiz özünü güllələyərək öldürdü

10-07-2023, 13:24

Əsgərimiz özünü güllələyərək öldürdüAzərbaycan sərhədçisi özünü güllələyərək öldürüb.

Bunu açıqlamasında hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Kənan Seymur oğlu Bəkiyevin odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Naxçıvan Hərbi Prokurorluğuna məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında Naxçıvan hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, eləcə də digər hərəkətlər icra edilib.

Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi