olkepress.com
olkepress.com

Maştağada 30 yaşlı kişi evinin qarşısında öldürüldü

16-03-2023, 08:38

Maştağada 30 yaşlı kişi evinin qarşısında öldürüldü

Martın 16-da saat 01 radələrində Sabunçu rayonu Mastağa qəsəbəsində 1993-cü il təvəllüdlü Əli Seyidlinin kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Hadisə ilə bağlı Sabunçu rayon prokurorluğu da məlumat yayıb. Qurumdan bildirilib ki, Əli Seyidli yaşadığı fərdi yaşayış evinin qarşısında ölüb.
Ətraflı

İlkin araşdırma zamanı onun ürək nahiyəsindən kəsici-deşici, üz nahiyəsindən isə küt alətlə yetirilmiş xəsarət nəticəsində qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi üçün prokurorluq və daxili işlər orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən zəruri tədbirlər həyata keçirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi