olkepress.com
olkepress.com

Rusiyada şagird yatmış ananı çəkiclə öldürüb

26-01-2023, 08:36

Rusiyada şagird yatmış ananı çəkiclə öldürüb

Volqoqradda 15 yaşlı yeniyetmə anasını öldürməkdə şübhəli bilinir. O, qadını yatarkən çəkiclə vurub.

Kanatçikov prospektində yerləşən evin mənzillərindən birində 42 yaşlı qadının meyiti tapılıb.

“25 yanvar 2023-cü il tarixində səhər saatlarında 15 yaşlı yeniyetmə çəkic götürərək yatmış anasının baş nahiyəsinə 10-a yaxın zərbə endirib. Bundan sonra azyaşlı bıçağı götürərək qadının boynuna bir zərbə endirib”, - Rusiya İstintaq Komitəsinin açıqlamasında bildirilir.

İstintaqın məlumatına görə, bundan sonra şagird polisə zəng edərək evə qayıdarkən anasının öldüyünü gördüyünü bildirib. Lakin oğlanın paltarında və bədənində çoxlu qan izləri aşkar edilib. Yeniyetmə həbs edilib. Faktla bağlı “Qətl” maddəsi ilə cinayət işi başlanıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi