olkepress.com
olkepress.com

Bakıda 27 yaşlı qadın ərini niyə baltaladı?

25-01-2023, 12:30

Bakıda 27 yaşlı qadın ərini niyə baltaladı?

Yanvarın 21-də Qaradağ rayonu, Qızıldaş qəsəbəsində 27 yaşlı qadının həyat yoldaşını baltalaması hadisəsinin təfərrüatı üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə baş verən gün 1987-ci il təvəllüdlü Rəsul Quliyev (adlar şərtidir) həyat yoldaşı Könül Quliyevanı döyübmüş. Belə ki, qısqanclıq zəminində evdə arabir mübahisələr yaradan Rəsul səhər saatlarında arvadına xəsarətlər yetirib. Bu zaman Könül həyətdə əlinə keçən baltanı götürüb və ərinin baş nahiyəsinə bir dəfə ağır zərbə endirib.

Rəsul Quliyev ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Ərini yaralayan Könül Quliyeva tutulub və barəsində cinayət işi başlanılıb.

Qeyd edək ki, cütlüyün 2 övladı var.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi